Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı

IMG_6484 Cəmiyyət
21:12

Expressxeberler.az xəbər verir ki, Rusiyada azərbaycanlı musiqi prodüseri Elmir Məhərrəmov 36 yaşında dünyasını dəyişib.

Prodüserin meyiti Moskvanın qərbində, Vasili Lanovoy küçəsində aşkarlanıb. Onun ölüm səbəbi hələlik məlum deyil. İlkin ehtimallara görə, Məhərrəmov intihar etmiş və ya bədbəxt hadisə nəticəsində həyatını itirmiş ola bilər.

Qeyd edək ki, Elmir Məhərrəmov 10 ildən artıq şou-biznes sahəsində fəaliyyət göstərib. O, Self Made Music, Archer Music və Out of Records səsyazma şirkətlərinə rəhbərlik edib.

Prodüser və konsert təşkilatçısı kimi Olqa Buzova, Artik & Asti ilə əməkdaşlıq edən Məhərrəmov Dima Bilan, T’Killah, Alex & Rus və Dashi kimi ifaçılarla da çalışıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Rusiya #ElmirMəhərrəmov #ŞouBiznes #Expressxeberler.az

582 baxış
Paylaş: