Neftçalada su xəttində qəza oldu – Rayon susuz qaldı
Cəmiyyət
Neftçalada içməli suyun verilişi dayandırıldı – Qəza baş verib
Expressxeberler.az xəbər verir ki, Neftçala rayonunu içməli su ilə təmin edən magistral su xəttində qəza baş verib.
Hadisə ilə əlaqədar rayon ərazisində içməli suyun verilişində müvəqqəti fasilə yaranıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən diametri 500 millimetr olan su xəttində qəzanın aradan qaldırılması istiqamətində təmir-bərpa işləri aparılır.
İşlər başa çatdıqdan sonra içməli suyun verilişi bərpa ediləcək.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Neftçala #SuTəchizatı
62
baxış



