Alim Qasımov və Üzeyirin duetinə tənqidlər yağdı – Xalq Artisti cavab verdi
Şou-biznes
Expressxeberler.az xəbər verir ki, Xalq Artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin yeni dueti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Mahnı yayımlandıqdan sonra bəzi istifadəçilər duetlə bağlı tənqidi fikirlər səsləndirib.
Alim Qasımov tənqidlərə münasibət bildirərək mahnının hər kəs tərəfindən eyni cür qarşılanmasının mümkün olmadığını deyib.
“Kim tənqid edirsə, özü bilər.Bəyənən də var olsun. Bu mahnı ürəkdən gələn bir şeydir və mənim də xoşuma gəlib. Kim bəyənmirsə, Allah işlərini avand etsin”, – deyə Xalq Artisti bildirib.
Alim Qasımov Üzeyir Mehdizadə ilə əməkdaşlığından da danışıb. O, mahnının sözlərini bəyəndiyini və muğamı daha gənc auditoriyaya çatdırmaq istədiyini qeyd edib:
“Üzeyir bizim qardaşımızdır. Mən də istədim ki, muğamı bir az gəncləşdirim”



