Süni intellektin səhv məlumatı ABŞ ordusunu az qala münaqişəyə sürükləyib

6aae005bae5ac937904b6ce2 Sosial
08:15 Expressxeberler.az

ABŞ ordusu bu ilin yazında Yaxın Şərqdə Çin gəmisinin ələ keçirilməsi əməliyyatına hazırlaşıb. Lakin son anda gəminin yükü ilə bağlı kəşfiyyat məlumatlarının səhv olduğu müəyyənləşib.

Expressxeberler.az xəbər verir ki, CNN-in məlumatına görə, süni intellektdən istifadə edilərək hazırlanmış kəşfiyyat hesabatında Çin gəmisinin nüvə proqramı üçün komponentlər daşıdığı göstərilib.

Məlumata görə, ABŞ hərbçiləri gəminin ələ keçirilməsi üçün əməliyyata hazırlıq görüb, hətta təyyarələr havaya qalxıb. Lakin əməliyyatdan qısa müddət əvvəl hesabat yenidən nəzərdən keçirilərkən süni intellekt sisteminin gəminin yükünü səhv müəyyən etdiyi üzə çıxıb.

CNN-in məlumatına görə, ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının Sakit Okean bölməsindən bir analitik gəminin yük manifestindəki məlumatları təhlil etmək üçün çatbotdan istifadə edib. Sistem açıq mənbələrdəki məlumatları məxfi elektron kəşfiyyat məlumatları ilə birləşdirərək yükün xarakteri barədə yanlış nəticəyə gəlib.

Daha sonra analitik süni intellektdən həmin nəticələri standart kəşfiyyat hesabatına çevirmək üçün yenidən istifadə edib və sənədi yayıb.

Mənbələrdən biri CNN-ə bildirib ki, məlumat tamamilə yanlış olub, lakin az qala ABŞ və Çin arasında münaqişəyə səbəb ola bilərdi.

3 baxış
Paylaş: