Zahid Oruc: Bəzi dövlət qurumlarında aparılan islahatlar gözlənilən nəticəni vermir
Siyasət
Zahid Oruc: Bəzi dövlət qurumlarında islahatlar gözlənilən nəticəni vermir
Expressxeberler.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bəzi dövlət qurumlarında aparılan islahatların effektiv nəticə vermədiyini bildirib.
O, komitənin iclasında deputat Səyyad Aranın dövlət qurumlarının fəaliyyəti ilə bağlı qaldırdığı məsələyə münasibət bildirərkən deyib ki, iş təcrübəsi olan kadrların işdən çıxarılması problemlər yaradır.
Zahid Orucun sözlərinə görə, uzun illər təcrübəsi olan həmin şəxslər dövlət işinin xüsusiyyətlərini bilir və müxtəlif ictimai tələblərlə üzləşərək fəaliyyət göstəriblər.
Komitə sədri dövlət qurumlarında işə qəbul sisteminin mərkəzləşdirilməsi ilə bağlı da müəyyən problemlərin olduğunu vurğulayıb.
O bildirib ki, bu istiqamətdə çevik mexanizm yaradılmalı və həmin sistem ölkənin bütün regionlarında tətbiq edilməlidir:
“Ən ucqar kənddə yaşayan şəxs belə çox asanlıqla işə qəbul oluna bilsin və açıq, şəffaf bir sistemi görə bilsin”.



