Sabahdan metronun bu stansiyalar PULSUZ olacaq
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, sentyabrın 23-dən “Xocəsən” və “Avtovağzal” metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq.
Bu imkan xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişin axınının daha səmərəli təşkili məqsədilə yaradılıb.
Sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.
Tədbir Sumqayıt, Xırdalan, Bakı-Şamaxı yolu istiqamətindəki yaşayış məntəqələri, həmçinin Abşeron və Qaradağdan gələn sərnişinlərin metrodan istifadəsini asanlaşdıracaq.
222
baxış
WhatsApp kanalımıza qoşulun
›



