Baş nazirdən dövlət büdcəsi ilə bağlı yeni QƏRAR

IMG_6012 Siyasət
22:07 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Nazirlər Kabineti dövlət büdcəsi xərclərinin funksional və inzibati təsnifatının yenilənməsi ilə bağlı qərar qəbul edib.

Baş nazir Əli Əsədovun imzaladığı qərarla büdcə xərclərinin funksional və inzibati təsnifatına dair 2018-ci ildə təsdiqlənmiş qaydalar yeni redaksiyada təqdim olunub.

Dəyişikliyin əsas məqsədi dövlət maliyyəsinin idarə edilməsinin və hesabatlılığın təkmilləşdirilməsi, şəffaflığın artırılması, büdcə vəsaitlərindən təyinatı üzrə istifadəyə nəzarətin gücləndirilməsi və vahid büdcə təsnifatının yenilənməsidir.

Yeni qaydalara əsasən, dövlət büdcəsindən maliyyələşən, maliyyə yardımı alan və icmal büdcə ilə əhatə olunan qurumlar 2028-ci il üzrə büdcə layihələrinə dair sifarişlərini yeni təsnifata uyğun hazırlayaraq Maliyyə Nazirliyinə təqdim edəcəklər.

Yeni sistemin tətbiqinə hazırlıq isə daha əvvəl başlayacaq. Maliyyə Nazirliyi aidiyyəti qurumlarla birlikdə 2027-ci il büdcə layihələri üzrə sifarişlər əsasında təsnifatın test rejimində tətbiqi üçün tədbirlər həyata keçirəcək.

Qərarın büdcə xərclərinin yeni funksional və inzibati təsnifatına dair hissəsi 1 yanvar 2028-ci ildən qüvvəyə minəcək.

Qərar 21 sentyabr 2026-cı ildə imzalanıb.

3 baxış
Paylaş: