Tramp istirahətini yarımçıq kəsdi: Vaşinqtona qayıdır. Nə baş verir?

IMG_5760 Dünya
10:47 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Merilend ştatında yerləşən Kemp-Devid iqamətgahındakı istirahətini planlaşdırılandan bir gün əvvəl yarımçıq dayandıraraq Vaşinqtona qayıdıb.

Ağ Ev Trampın paytaxta qayıtdığını təsdiqləsə də, səfərin niyə erkən başa çatdırılması ilə bağlı rəsmi açıqlama verməyib.

Amerika mediası prezidentin gözlənilməz qayıdışını Yaxın Şərqdə gərginliyin artması ilə əlaqələndirir. Bu addım Səudiyyə Ərəbistanının Ər-Riyad istiqamətində husilər tərəfindən ballistik raket atıldığını bildirməsindən sonra baş verib. Raketin Səudiyyə hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi açıqlanıb.

ABŞ Dövlət Departamenti də regionda vəziyyətin sürətlə gərginləşə biləcəyi barədə xəbərdarlıq edərək amerikalılara Yaxın Şərqə səfərlərlə bağlı ehtiyatlı olmağı tövsiyə edib.

Trampın erkən qayıdışının dəqiq səbəbi isə hələlik rəsmi şəkildə açıqlanmayıb.

21 baxış
Instagram səhifəmizə abunə olun
Paylaş: