“Pezeşkianla görüşməyə hazıram”-Tramp

IMG_5832 Siyasət
20:32 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı mühüm qərar ərəfəsində olduğunu açıqlayıb.

Tramp “Fox News”a müsahibəsində İranla razılaşma əldə etmək və ya Tehrana qarşı daha sərt addımlar atmaq variantlarını nəzərdən keçirdiyini bildirib.

ABŞ Prezidenti İranla bağlı yaxın vaxtlarda konkret tədbirlərin görülməli olduğunu vurğulayıb.

Tramp həmçinin BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu deyib.

Qeyd edək ki, “Tasnim”in məlumatına görə, son anda dəyişiklik baş verməsə, Pezeşkianın ABŞ-yə səfəri planlaşdırılır.

3 baxış
WhatsApp kanalımıza qoşulun
Paylaş: