“Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü qeyd edilib

IMG_6024 Siyasət
22:34 Expressxeberler.az

“Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü qeyd olunub

Expressxeberler.az xəbər verir ki, sentyabrın 21-də “Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə dövlət rəsmiləri, SOCAR rəhbərliyi, yerli və xarici şirkətlərin nümayəndələri, neftçilər, media və QHT təmsilçiləri iştirak ediblər.

Mərasimdə “Əsrin müqaviləsi”nin Azərbaycanın enerji tarixində rolu və ölkənin enerji strategiyasının inkişafı barədə çıxışlar səsləndirilib.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının əsasını qoyub. Onun sözlərinə görə, müqavilənin müddətinin 2050-ci ilədək uzadılması ilə layihə yeni mərhələyə qədəm qoyub.

SOCAR prezidenti Rövşən Nəcəf isə enerji sektorundan əldə olunan gəlirlərin ölkənin sosial-iqtisadi inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə və müasir infrastrukturun yaradılmasına yönəldildiyini qeyd edib. O, SOCAR-ın beynəlxalq fəaliyyətinin genişləndirilməsi və yeni investisiya layihələri barədə də məlumat verib.

Tədbirdə bp-nin regional prezidenti Cio Kristofoli də çıxış edərək Azərbaycan neftçilərini təbrik edib və “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrinin ölkənin enerji sektorundakı əhəmiyyətini vurğulayıb.

  1. Mərasimdə neftçilərin Prezident İlham Əliyevə müraciəti oxunub, “Açıqcalarda yazılan talelər” sənədli filminin tanıtım videosu nümayiş etdirilib. Tədbir bədii proqramla davam edib.
39 baxış
Paylaş: