🚨 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
Cəmiyyət
Azərbaycanda korrupsiya barədə məlumat verən şəxslərlə bağlı yeni qanun layihəsi hazırlanır
Expressxeberler.az xəbər verir ki, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi ilə bağlı qanun layihəsi parlamentin gündəliyinə daxil edilib.
Məlumata görə, məsələ Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin sessiya ərzində müzakirə olunacağı gözlənilir.
Layihənin qəbul ediləcəyi təqdirdə korrupsiya halları barədə məlumat verən şəxslərin hansı qaydada həvəsləndiriləcəyi və müdafiə olunacağı müəyyənləşəcək.
Express Xəbərlər olaraq ən son xəbərləri sizə çatdırmağa davam edirik.



