Qayınanasını dişləyən gəlinə cinayət işi açılıb-Azərbaycanda

IMG_7160 Hadisə
13:52 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, hadisə Astara rayonunun kəndlərindən birində baş verib.

Kənd sakini, 45 yaşlı Səbinə Kərimova (şərti ad) ilə qayınanası Sudabə (şərti ad) arasında mübahisə yaranıb. Mübahisə zamanı Səbinə qayınanasını dişləyərək ona xəsarət yetirib.

Faktla bağlı S. Kərimova polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, qayınanası ilə tez-tez mübahisələri olub. Sonuncu hadisə zamanı Sudabə onun saçlarından tutaraq döymək istəyib. Səbinə isə emosional vəziyyətdə qayınanasının ayağından və döş qəfəsindən dişləyib.

O, törətdiyi əmələ görə peşman olduğunu bildirib.

Zərərçəkən Sudabə isə hazırda gəlini ilə barışdıqlarını və ona qarşı şikayətinin olmadığını deyib. Hər iki tərəf cinayət işinə xitam verilməsini istəyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və S. Kərimova məsuliyyətdən azad olunub.

‼️ Ölkədə və dünyada baş verən ən son hadisələri operativ şəkildə oxumaq üçün hər gün Expressxeberler.az saytını izləyin.

57 baxış
Paylaş: