🚨 İçərişəhər metrosunun Filarmoniya çıxışında eskalator dayandı-Həmin anlar VİDEO

IMG_7069 Cəmiyyət
19:44 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Bakı metrosunun “İçərişəhər” stansiyasının Filarmoniya istiqamətində yerləşən çıxışında eskalatorun işləməməsi sərnişinlər üçün ciddi çətinlik yaradıb.

Eskalatorun fəaliyyət göstərməməsi səbəbindən sərnişinlər pilləkənlərdən istifadə etməyə məcbur qalıb. Nəticədə çıxışda böyük izdiham yaranıb. Bildirilir ki, sərnişinlər arasında konsertə gedən və tədbirə gecikən şəxslər də var.

Sıxlıq səbəbindən insanlar çıxışdan çətinliklə hərəkət ediblər.

Həmin anları əks etdirən görüntüləri təqdim edirik.

Express Xəbərlər olaraq hadisələri operativ şəkildə çatdırırıq.

 

79 baxış
Paylaş: