Bill Qeyts: “Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola biləcək hadisələr yarada bilər”

IMG_7109 Gündəm
02:21 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, “Microsoft”un qurucusu Bill Qeyts süni intellekt texnologiyalarından bədniyyətli şəxslərin istifadə etməsinin ağır nəticələrə səbəb ola biləcəyini bildirib.

Qeyts NBC telekanalına müsahibəsində süni intellektin potensial risklərindən danışıb.

“Süni intellekt, şübhəsiz ki, bir milyard insanın ölümünə səbəb ola biləcək hadisələri törətmək üçün kifayət qədər gücə malikdir”, – deyə Qeyts bildirib.

O, bu riskin süni intellekt texnologiyalarının pis niyyətli insanların əlinə keçməsi ehtimalı ilə bağlı olduğunu vurğulayıb.

Qeyd edək ki, Bill Qeyts sentyabrın 15-də “The Times” qəzetinin podkastında da süni intellektə nəzarət edəcək beynəlxalq təşkilatın yaradılmasını dəstəklədiyini açıqlamışdı.

Expressxeberler.az — gündəmin ən vacib xəbərlərini sizə çatdırır.

61 baxış
Instagram səhifəmizə abunə olun ›
Paylaş: