“Kara Haydar”ın milyonları avtomobillərdən çıxdı-ŞOK VİDEO

IMG_7172 Gündəm
15:12 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Vanlı “Kara Haydar” ləqəbli Mehmet Fatih Tançalanın cinayət yolu ilə əldə edildiyi iddia olunan gəlirlərinə dair aparılan araşdırma çərçivəsində yeni detallar ortaya çıxıb.

Lüks toy görüntülərindən sonra həbs edilən Tançalana qarşı keçirilən yeni əməliyyat zamanı onun avtomobillərində külli miqdarda xarici valyuta aşkarlanıb.

Məlumata görə, daha əvvəl Tançalana məxsus depoda qızıl-zinət əşyaları aşkar edilib. Yeni araşdırma zamanı isə otoparkda saxlanılan iki avtomobildəki vəsaitlərə baxış keçirilib.

İki avtomobildən ümumilikdə 934 milyon Türkiyə lirəsi dəyərində xarici valyuta aşkarlanıb. Bu məbləğ təxminən 32,4 milyon manat təşkil edir.

Araşdırma davam edir.
Ən son və diqqətçəkən xəbərləri Expressxeberler.az-dan 

44 baxış
Instagram səhifəmizə abunə olun ›
Paylaş: