Demet Akalının konsertində ŞOK ANLAR: “Hər tərəfimi əllədi!”

IMG_5383 Şou-biznes
11:11 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Türkiyəli məşhur müğənni Demet Akalının İstanbulda baş tutan konserti zamanı gözlənilməz hadisə yaşanıb.

Belə ki, müğənni konsert zamanı tamaşaçıların arasına düşərək mahnı ifa edib. Bu zaman bir şəxsin ona toxunduğu və Akalını narahat etdiyi bildirilib.

Hadisədən sonra Demet Akalın vəziyyətə reaksiya verərək mühafizəçilərə səslənib və həmin şəxsin uzaqlaşdırılmasını istəyib.

Müğənninin həmin an “Hər tərəfimi əllədi, alın şunu!” deməsi diqqət çəkib. Akalının reaksiyası ətrafdakıların da diqqətini çəkib.

Yaşanan anlar kameraya düşüb və görüntülər sosial şəbəkələrdə yayılaraq qısa müddətdə gündəm olub.

WhatsApp kanalımıza qoşulun
Paylaş: