Musiqiçilər Maklemoreni dəstəkləmək üçün Ed Şiranın turundan imtina etdilər
Şou-biznes
Musiqiçilər səhnədə Fələstinlə bağlı açıqlamalarına görə turdan kənarlaşdırılan reper Maklemoreni dəstəkləmək məqsədilə Ed Şiranın ABŞ turunda iştirakdan imtina ediblər.
Expressxeberler.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, sentyabrın 4-də Maklemor Nyu-Cersi ştatındakı MetLife stadionunda Ed Şiranın konsertindən əvvəl çıxış edib. O, mahnıları arasında Fələstinə dəstək ifadə edən iki dəqiqəlik nitq söyləyib.
Bundan sonra İsrail-Amerika Şurası Maklemorun turdan çıxarılması tələbi ilə petisiya başladıb. Bir sıra stadion sahiblərinin də reper açılış ifaçısı kimi çıxış etməyə davam edəcəyi təqdirdə konsertlər üçün məkan təqdim etməkdən imtina etdiyi bildirilib.
Ed Şiran sosial media hesabında Maklemorun turdan çıxarılması qərarını özünün vermədiyini, bunun təşkilatçının qərarı olduğunu bildirib.
Hadisədən sonra Şiranın konsertlərində açılış ifaçısı kimi çıxış edən irlandiyalı müğənni Aaron Rou da turdan imtina edib.
Danimarkanın Lukas Graham qrupu, amerikalı musiqiçi Finneas və İrlandiyanın Beoga qrupu da oxşar addım atıb. Onlar sosial media hesablarında Fələstinə dəstəklərini ifadə ediblər.

