Könül Kərimovanın 245 min manatı belə yoxa çıxdı – ŞOK DETALLAR
Şou-biznes
Könül Kərimovanın 245 min manatlıq işi: məhkəmədə ŞOK İDDİALAR
Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluqda ittiham olunan “Hüquq-Ekspertiza Mərkəzi” MMC-nin rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun məhkəməsi davam edib.
Expressxəbərlər.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Mübariz Məmmədov ittihamları qəbul etməyib. O, Könül Kərimovaya aid olduğu bildirilən mənzilin əslində özünə məxsus olduğunu və sənədlərin saxtalaşdırıldığını iddia edib.
İttihama görə, təqsirləndirilən şəxslər Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən və müqavilə əsasında Könül Kərimovaya məxsus olan mənzili 245 min manata saxta sənədlərlə başqa şəxsə satıblar.
Mübariz Məmmədov digər epizodlar üzrə də dələduzluqda ittiham olunur. İttiham aktına əsasən, onunla bağlı ayrı-ayrı epizodlarda ümumilikdə 739 min manatlıq zərərdən söhbət gedir.
Növbəti məhkəmə prosesi 7 oktyabrda keçiriləcək.
Qeyd: Sadalanan hallar məhkəmənin yekun hökmü ilə təsdiqlənməyib.

