Tibb müəssisələrində 4 fərqli “kod” tətbiq edilir

17896524605196924763_1200x630 Sosial
22:49 Expressxeberler.az

Tibb müəssisələrində müxtəlif böhran və təxirəsalınmaz vəziyyətlərə operativ müdaxilə üçün “Qırmızı”, “Mavi”, “Çəhrayı” və “Ağ” kodlardan istifadə edilir.

Expressxeberler.az xəbər verir ki, bu kodlar ürək və tənəffüs dayanması, yenidoğulmuş və ya uşağın qaçırılması, əməkdaşlara qarşı zorakılıq və digər fövqəladə hallarda çevik müdaxiləni təmin edir.

TƏBİB-dən bildirilib ki, pasiyent təhlükəsizliyinin təmin olunması məqsədilə tibb müəssisələrində Pasiyent təhlükəsizliyi komitələri fəaliyyət göstərir. Komitələr dərman, radiasiya və tibbi cihaz təhlükəsizliyi, infeksion nəzarət, pasiyent məxfiliyi və digər istiqamətlərə nəzarət edir.

Bundan əlavə, Obyekt təhlükəsizliyi komitəsi tibb müəssisələrinin infrastrukturu, pasiyent və əməkdaşların həyat və əmlak təhlükəsizliyi, böhran vəziyyətlərinin idarə olunması, təhlükəli maddələr və tibbi cihazlarla bağlı təhlükəsizlik məsələlərini koordinasiya edir.

Beləliklə, pasiyent təhlükəsizliyi yalnız tibbi müdaxilə ilə deyil, risklərin əvvəlcədən müəyyənləşdirilməsi, təhlükəsizlik protokolları, infeksion nəzarət və böhran vəziyyətlərinə hazırlığı əhatə edən kompleks sistemlə təmin olunur.

Qeyd edək ki, sentyabrın 17-si Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür.

9 baxış
WhatsApp kanalımıza qoşulun
Paylaş: