Avropa hava hücumundan müdafiə sistemlərində ciddi problemlərlə üzləşib

6aae55d702e8bd7e07737ab3 Gündəm
14:33 Expressxeberler.az

Latviya Prezidenti Edqars Rinkeviçs Avropa ölkələrinin hava hücumundan müdafiə, pilotsuz uçuş aparatlarına qarşı mübarizə və raketdən müdafiə sistemləri ilə bağlı ciddi problemlər yaşadığını bildirib.

Expressxeberler.az xəbər verir ki, Rinkeviçs “The Guardian” qəzetinə müsahibəsində bu sahələrdə ciddi çatışmazlıqların olduğunu deyib.

“Görürük ki, hava hücumundan müdafiə, pilotsuz təyyarələrdən müdafiə və raketdən müdafiə sistemlərində ciddi problemlər var. Düzünü desək, Ukraynada bunlar var. Bütün Avropada və NATO-da bunlar var”, – deyə Latviya Prezidenti bildirib.

“The Guardian”ın yazdığına görə, Ukrayna və Avropa ölkələri “Patriot” raketlərinin və digər hava hücumundan müdafiə sistemlərinin tədarükündə gecikmələrlə üzləşirlər.

“The New York Times” daha əvvəl ABŞ ordusunun bəzi əsas silah sistemləri üzrə ciddi çatışmazlıq yaşadığını və ehtiyatların tarixi minimum səviyyəyə endiyini yazıb.

“Military Watch” jurnalı isə ABŞ-ın İranın bir hücumunu dəf etmək üçün 80-dən çox “Patriot” raketindən istifadə etdiyini iddia edib.

5 baxış
Bizim Telegram kanalımıza abunə olun
Paylaş: