Narkotik əməliyyatında saxlanılan Arasın ifadəsi üzə çıxdı
Kriminal
Expressxeberler.az xəbər verir ki, Türkiyədə Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlarla bağlı apardığı narkotik istintaqı çərçivəsində saxlanılan aktyor Aras Bulut İynemlinin ifadəsi ortaya çıxıb.
Aktyor ifadəsində narkotik və stimullaşdırıcı maddələrdən istifadə etmədiyini deyib. O, bu maddələrin satışı ilə məşğul olduğu bilinən şəxslərlə əlaqəsinin olmadığını, narkotik əldə etmək üçün heç kimi vasitəçi etmədiyini və bu məqsədlə hər hansı şəxsə pul göndərmədiyini bildirib.
İynemli həmçinin narkotik və stimullaşdırıcı maddələrin istifadə olunduğu məclis, festival, bar, kafe, tədbir və konsertlərdə iştirak etmədiyini qeyd edib.
Aktyor yaşadığı evdə və getdiyi əyləncə məkanlarında da bu cür maddələrdən istifadə etmədiyini vurğulayıb.

147
baxış
Instagram səhifəmizə abunə olun
›



