Kadir İnanırın milyardlıq mirası uğrunda məhkəmə savaşı başladı – Sərvətinin detalları üzə çıxdı

IMG_5798 Şou-biznes
16:43 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, 26 iyun 2026-cı ildə vəfat edən Türkiyənin məşhur aktyoru Kadir İnanırın mirası ətrafında yaranan hüquqi mübahisə davam edir.

Məlumata görə, İnanırın müxtəlif illərdə hazırladığı üç vasiyyətnamənin açılması üçün keçirilən məhkəmə prosesi bəzi mirasçılara bildirişlərin çatdırılmaması səbəbilə dekabrın 17-nə təxirə salınıb.

İddialara əsasən, sənətçinin son vasiyyətində mal varlığının böyük hissəsi 27 illik həyat yoldaşı olmayan, həyat yoldaşı kimi tanınan Jülide Kuralın adına keçirilib. Bu isə İnanırın bəzi qohumlarının etirazına səbəb olub.

Mətbuatda yayılan məlumatlara görə, Kadir İnanırın mirası arasında İstanbul, Ordu və istirahət bölgələrində yerləşən, ümumi dəyəri təxminən 650 milyon lirə olan daşınmaz əmlaklar var.

Bundan başqa, 25-dən çox lüks saat, qızıl alışqan, üzük və qələmlərdən ibarət kolleksiyanın dəyərinin təxminən 50 milyon lirə, 3 mindən çox qurbağa fiqurundan ibarət kolleksiyanın isə təxminən 35 milyon lirə olduğu bildirilir.

Sənətçinin bank hesablarında 200 milyon lirədən çox pulunun olduğu da iddia edilir. Həmçinin filmlərindən əldə olunan müəlliflik gəlirlərinin də mirasın tərkibinə daxil olduğu qeyd olunur.

Kadir İnanırın qohumları isə vasiyyətin sonradan dəyişdirilməsinin səbəblərinin araşdırılmasını istəyirlər. Yeğəni Levent İnanır sənətçinin son illərində iradəsi ilə bağlı problem yaşadığını iddia edib və hüquqi yollara müraciət edəcəklərini bildirib.

Jülide Kural isə vasiyyətin Kadir İnanırın öz iradəsi olduğunu və buna hörmət edilməli olduğunu deyib.

Qeyd edək ki, mirasın dəqiq tərkibi və vasiyyətnamənin hüquqi nəticələri məhkəmə prosesi yekunlaşdıqdan sonra rəsmiləşəcək.

221 baxış
WhatsApp kanalımıza qoşulun
Paylaş: