Kozinoğlunun ölümündən 15 il keçir: Sirli hadisənin dəhşətli görüntüləri üzə çıxdı
Kriminal
Kozinoğlunun ölümündən 15 il sonra: Həbsxanadakı görüntülər yenidən araşdırılır
Expressxeberler.az xəbər verir ki, MİT-in Asiya Bölgəsi üzrə keçmiş baş müşaviri, “Xəyalət” ləqəbli Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada baş verən şübhəli ölümünə dair yeni görüntülər araşdırmaya daxil edilib.
Silivri Respublika Baş Prokurorluğunun apardığı təhqiqat çərçivəsində Kozinoğlunun ölüm günü qeydə alınan iki təhlükəsizlik kamerası görüntüsü diqqət mərkəzinə düşüb.
Kadrlardan birində Kozinoğlunun otaq yoldaşı Həsən Atilla Uğurla həbsxana dəhlizində hərəkət etdiyi görünür.
Digər görüntüdə isə Kozinoğlunun səhhəti pisləşdikdən sonra təcili tibbi yardım maşınına aparıldığı vaxt Həsən Atillanın kameraya daxil olaraq masanın üzərindəki kofe stəkanını götürdüyü əks olunub.
Prokurorluq görüntülərin ardıcıllığını və kadrlardakı hərəkətlərin Kozinoğlunun ölümü ilə əlaqəsinin olub-olmadığını müəyyənləşdirmək üçün texniki ekspertiza aparır.
Araşdırmanın nəticəsində görüntülərdəki şübhəli məqamların ölüm hadisəsi ilə bağlı yeni detallara aydınlıq gətirib-gətirməyəcəyi müəyyənləşəcək.



