Meloni məktəblərlə bağlı sərt qərar açıqladı: Burqa və niqab qadağan ediləcək

IMG_5827 Təhsil
20:02 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, İtaliyanın Baş naziri Corcia Meloni bildirib ki, hökumət məktəblərdə burqa və niqabın qadağan edilməsini, həmçinin hər sinifdə xarici şagirdlərin sayına məhdudiyyət qoyulmasını nəzərdə tutan qanun layihəsi təqdim edəcək.

Planlaşdırılan tədbirlər İtaliyada miqrasiya və inteqrasiya ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda gündəmə gəlib.

Meloni deyib ki, inteqrasiyada ciddi çətinlik çəkən xarici şagirdlərin valideynlərindən də italyan dilini öyrənmək tələb olunacaq.

İtaliyada miqrasiya və inteqrasiya məsələlərini araşdıran “Fondazione ISMU” fondunun məlumatına görə, İtaliya vətəndaşı olmayan şagirdlər ölkə məktəblərində təhsil alanların 11,6 faizini təşkil edir. Hökumət hər sinif üçün nəzərdə tutulan konkret həddi hələ açıqlamayıb.

6 baxış
Paylaş: