Rafinya Messinin rekordunu qırdı-Yeni bombardir

IMG_5758 İdman
10:27 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, İspaniya La Liqasının 7-ci turunda “Barselona” səfərdə “Sevilya” üzərində 3:1 hesablı qələbə qazanıb.

Kataloniya təmsilçisinin braziliyalı hücumçusu Rafinya qarşılaşmada het-trik edərək komandasının qələbəsində əsas pay sahibi olub.

Bu görüşdən sonra onun cari çempionatdakı qollarının sayı 12-yə yüksəlib. Rafinya bununla XXI əsrdə La Liqanın ilk 7 turunda ən azı 12 qol vuran üçüncü futbolçu olub.

Bu göstəriciyə daha əvvəl Kriştiano Ronaldo və Lionel Messi imza atıb. Ronaldo 2014/15 mövsümündə ilk 7 turda 13, Messi isə 2017/18 mövsümündə 11 qol vurub.

Hazırda 12 qolla Rafinya La Liqanın bombardirlər siyahısına başçılıq edir.

 

11 baxış
Bizim Telegram kanalımıza abunə olun
Paylaş: