İlham Əliyev də Trampa təşəkkür etdi

IMG_6536 Gündəm
03:07

İlham Əliyev də Trampa təşəkkür etdi .

Expressxeberler.az xəbər verir ki, Prezident İlham Əliyev Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin işə salınması ilə bağlı ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Dövlət başçısı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

İlham Əliyev Trampın ona ünvanladığı xoş sözlərə görə səmimi minnətdarlığını ifadə edib.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp Azərbaycan Prezidentinə Vaşinqtonla əməkdaşlığa və TRIPP layihəsinin praktiki icrası üçün şərait yaradılmasına verdiyi töhfəyə görə təşəkkür etmişdi.

#Expressxeberler.az #İlhamƏliyev #DonaldTramp #TRIPP

6 baxış
Paylaş: