Macarıstan 63 milyard avroluq yol güzəşt müqaviləsini ləğv edəcək
İqtisadiyyat
Macarıstan hakimiyyəti keçmiş Baş nazir Viktor Orbanın dövründə imzalanmış 63 milyard avro dəyərində yol güzəşt müqaviləsini ləğv etməyə hazırlaşır.
Expressxeberler.az xəbər verir ki, “Daily News Hungary” qəzetinin məlumatına görə, Baş nazir Peter Magyar müqavilənin hazırkı formada artıq qüvvədə olmadığını bildirib.
2022-ci ildə 35 il müddətinə imzalanan müqaviləyə əsasən, ölkənin əsas magistral yollarının idarəçiliyinin MKIF şirkətinə verilməsi nəzərdə tutulurdu.
Magyar hökumətin əvvəlki razılaşma çərçivəsində Fidesz partiyasının elitası və oliqarxların dövlət hesabına gəlir əldə etməsinə imkan verməyəcəyini bildirib.
Daha əvvəl Macarıstanın Avropa İttifaqının Rusiya qazının idxalına tətbiq etməyi planlaşdırdığı qadağaya əməl etməyə hazır olduğu barədə məlumat yayılmışdı.

