Tramp İrana yeni zərbələr endirəcək ! HƏDƏLƏDİ – TARİX AÇIQLADI

IMG_6386 Dünya
02:08

Tramp İrana yeni zərbələr endirəcək? HƏDƏLƏDİ – TARİX AÇIQLADI

Expressxeberler.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni hərbi əməliyyat ehtimalını gündəmə gətirib.

Tramp noyabrın 22-də verdiyi açıqlamada danışıqların nəticəsiz qalacağı təqdirdə, ABŞ-ın İrana qarşı yenidən hərbi zərbələr endirə biləcəyinə işarə edib.

ABŞ lideri yeni zərbələrin Yeni ildən sonra mümkün ola biləcəyini bildirib. O, həmçinin ABŞ-ın dəniz blokadasını yarmağa cəhd edən İran gəmilərinə qarşı sərt tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib.

Trampın bu açıqlaması Vaşinqtonla Tehran arasında gərginliyin yenidən artması ehtimalını gündəmə gətirib.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #ABŞ #İran #Tramp

508 baxış
Paylaş: