‼️Təcili- Mənsimovun gəmisi zərbədən sonra batdı – Ölənlər var
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, Ukraynadan İtaliyaya taxıl aparan Türkiyəyə məxsus “Royad Məmmədov” yük gəmisi Rumıniya sahillərindən təxminən 20 dəniz mili aralıda PUA hücumuna məruz qalıb.
Hücum nəticəsində gəminin kapitanının yaralandığı, ilkin məlumatlara görə isə 13 ekipaj üzvünün itkin düşdüyü bildirilib. Hadisədən sonra Rumıniya ərazidə axtarış-xilasetmə əməliyyatına başlayıb.
Son məlumata görə, 11 ekipaj üzvü xilas edilib. İki nəfərin isə həyatını itirdiyi açıqlanıb. Gəminin aldığı zərbələr nəticəsində batdığı bildirilir.
Ukrayna mətbuatında hadisənin Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində baş verdiyi qeyd olunub.
Məlumata görə, “Royad Məmmədov” Türkiyənin “Palmali” şirkətinə məxsusdur. Şirkət 2022-ci ildə gəmilərindən birinə Vətən müharibəsində şəhid olan Röyad Məmmədovun adını verib.
Röyad Məmmədov Masallı rayonunun Mahmudavar kəndində anadan olub. O, 2020-ci il noyabrın 8-də Vətən müharibəsi zamanı şəhid olub.
Hadisənin bütün detalları, o cümlədən hücumun dəqiq şəraiti və məsul tərəflə bağlı araşdırmalar davam edir.
Ən son xəbərlər üçün Expressxeberler.az saytını izləyin.



