Trampın iqamətgahı üzərində həyəcan – Qırıcı təyyarə havaya qaldırıldı!
Dünya
Expressxeberler.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo iqamətgahının yaxınlığında hava məkanının pozulması səbəbindən hərbi qırıcı təyyarə havaya qaldırılıb.
Hadisə oktyabrın 24-də Palm-Biç şəhəri üzərində baş verib. Müvəqqəti uçuş məhdudiyyətlərinin tətbiq olunduğu əraziyə daxil olan mülki təyyarənin qarşısını almaq üçün ABŞ-ın F-16 qırıcısı havaya qaldırılıb.
Hərbi təyyarə mülki pilotun diqqətini cəlb etmək üçün standart manevr edib. Bundan sonra pilot hərbçilərlə əlaqə yaradıb, verilən göstərişlərə əməl edərək məhdudlaşdırılmış hava məkanını tərk edib.
Hadisənin hansı səbəbdən baş verdiyi barədə ətraflı məlumat verilməyib. Trampın həyatına qarşı konkret təhlükənin olduğu barədə də məlumat açıqlanmayıb.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Tramp #ABŞ #F16 #HərbiTəyyarə #DünyaXəbərləri #Expressxeberler #Expressxeberler.az



