Ancelina Colinin lüks malikanəsi 25 MİLYON Dollara satıldı-FOTOLAR

Screenshot Dünya
Screenshot
02:50 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Hollivud ulduzu Ancelina Colinin Los-Ancelesdə yerləşən tarixi malikanəsi 24,75 milyon dollara satılıb.

İlk yayılan məlumatların əksinə olaraq, əmlakın müğənni Madonna tərəfindən alınmadığı bildirilib. Bu barədə Colinin daşınmaz əmlak agenti məlumat verib.

Los-Ancelesin Los Feliz bölgəsində yerləşən malikanə vaxtilə məşhur rejissor Sesil B. DeMillin evi olub. Tarixi tikili Hollivud memarlığı, zərif dizaynı və yaşıllıqlarla əhatələnmiş bağları ilə diqqət çəkir.

Altı yataq otağı və 10 vanna otağı olan malikanənin ərazisində qonaq evi və şəxsi hovuz da yerləşir. Əmlakın yeni sahibinin kimliyi isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, təqdim olunan fotolar malikanənin süni intellekt vasitəsilə yaradılmış təsvirləridir.

#AncelinaColi #Hollivud #Madonna #Malikanə #Expressxeberler #Expressxeberler.az

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

85 baxış
Paylaş: