Motosikletə 5 nəfər mindilər: Görüntülərdən sonra polis hərəkətə keçdi

Screenshot Dünya
Screenshot
12:55 Expressxeberler.az

Motosikletə 5 nəfər mindilər: Görüntülərdən sonra polis hərəkətə keçdi

Expressxeberler.az xəbər verir ki, Türkiyənin paytaxtı Ankaranın Keçiören rayonunda motosikletə beş nəfərin minməsi ilə bağlı görüntülər diqqət çəkib.

Hadisə Yozgat bulvarında qeydə alınıb. Mobil telefonla çəkilən görüntülərdən sonra polis əməkdaşları araşdırmaya başlayıblar.

Motosiklet sürücüsü saxlanılıb. Ona yol hərəkəti qaydalarını pozduğuna görə ümumilikdə 9 min 719 Türkiyə lirəsi məbləğində cərimə tətbiq edilib.

Bundan başqa, həmin rayonda avtomobillə təhlükəli drift edən sürücü də polis tərəfindən saxlanılıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Türkiyə #Ankara #motosiklet #yolhərəkəti #Expressxeberler #Expressxeberler.az

51 baxış
Paylaş: