Ərdoğandan gözlənilən mesaj gəldi-“Heç kimə icazə verməyəcəyik”

IMG_0905 Dünya
12:31 Expressxeberler.az

Ərdoğandan gözlənilən mesaj gəldi-“Heç kimə icazə verməyəcəyik”

Expressxeberler.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tənqid və ifadə azadlığının heç kimə böhtan atmaq, başqalarının şərəf və ləyaqətinə xələl gətirmək hüququ vermədiyini bildirib.

Ərdoğan kapital bazarlarının sağlamlaşdırılması istiqamətində yeni addımlar atılacağını qeyd edib. O, bu sahənin fəaliyyətinin daha sağlam hala gətiriləcəyini vurğulayıb.

Türkiyə Prezidenti bildirib ki, tənqid adı altında hakim komandanın üzvlərinə və Nazirlər Kabinetinin nümayəndələrinə qarşı böhtan atılmasına, onların nüfuzuna zərər vurulmasına imkan verilməməlidir.

Dövlət başçısı özü də daxil olmaqla heç kimin tənqiddən kənarda olmadığını söyləyib. Bununla yanaşı, heç kimin vəzifəsinin və ictimai mövqeyinin başqalarına qarşı nüfuzlarına xələl gətirən kampaniyalar aparmağa haqq qazandırmadığını bildirib.

“İfadə azadlığı da qarşısına çıxan hər kəsə böhtan atmaq sərbəstliyi deyil”, – deyə Ərdoğan vurğulayıb.

O əlavə edib ki, ictimaiyyət adından hesabat tələb edən şəxslər də öz fəaliyyətlərində məsuliyyətli olmalı, insanların şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdırlar.

‼️ Hər gün Expressxeberler.az saytına daxil olun, ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

3. 349 baxış
Paylaş: