Çiçək mağazasına silahlı hücum-Əvvəl xəbərdarlıq etdilər, sonra atəş …-FOTO

IMG_1834 Dünya
13:02 Expressxeberler.az

Əvvəl xəbərdarlıq etdilər, sonra atəş açdılar: Türkiyədə çiçək mağazasına hücum

Expressxeberler.az xəbər verir ki, Türkiyənin Kayseri şəhərinin Kocasinan rayonunda yeni icarəyə götürülən çiçək mağazası silahlı hücuma məruz qalıb.

Məlumata görə, iki motosikletlə gələn dörd nəfər mağazanı tüfənglə atəşə tutub. İddialara əsasən, şübhəlilər hücumdan əvvəl obyektin sahibinə mağazanı güllələyəcəklərini bildiriblər.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis əməkdaşları cəlb edilib. Hücum edən şəxslərin hadisə yerindən qaçdığı, onların tutulması üçün əməliyyat tədbirlərinin başlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Screenshot

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Türkiyə #Kayseri #silahlıhücum #hadisə #Expressxeberler #Expressxeberler.az

57 baxış
Paylaş: