Ceyhun Sabunçu”nun qətlinə görə həbs olunan kriminal qruplaşma hədə-qorxu ilə pul tələb edirmiş

IMG_1310 Gündəm
20:12 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, hadisəni törətməkdə təqsirləndirilən şəxslər 2002-ci il təvəllüdlü Emin Qoşqar oğlu Rəhimov və 1993-cü il təvəllüdlü Elmar Şücaət oğlu Cəfərovdur.

Qətli törətdikdən sonra hadisə yerindən qaçaraq gizlənən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.

Xətai rayonundakı restoranlardan birində baş verən ağır cinayətlə əlaqədar saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Emin Rəhimov və Elmar Cəfərov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan əvvəl hadisə yerində olan və qanunsuz fəaliyyətlə məşğul olduqları bildirilən digər şəxslər də müəyyən edilib. Araşdırmalar zamanı onların hədə-qorxu yolu ilə pul tələb etdikləri, kriminal dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri cəzalandırmaq məqsədilə odlu və soyuq silahlardan istifadə etməklə ağır cinayətlər törətmək üçün birlik yaratdıqları və onun fəaliyyətində iştirak etdikləri müəyyənləşdirilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupunun birgə keçirdiyi tədbirlər nəticəsində həmin şəbəkənin daha 11 üzvü də saxlanılıb.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

187 baxış
Paylaş: