Prezident əfv sərəncamı imzaladı-SİYAHI

IMG_6304 Cəmiyyət
11:50 Expressxeberler.az

Prezidentdən əfv sərəncamı: 20 məhkum azadlığa buraxıldı

Expressxeberler.az xəbər verir ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Sərəncam məhkumların, onların ailə üzvlərinin və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müraciətləri nəzərə alınaraq imzalanıb.

Sənədə əsasən, 19 nəfər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Onların arasında Azərbaycan, Türkiyə, Rusiya, İsrail, Fransa və Pakistan vətəndaşları da var.

Əfv olunanlar arasında Cəsarət Aydəmirov, Elşən Bağırov, Fikrət Balabəyov, Hikmət Bayramov, Xəyal Beybudlu, Mehmet Demir, Maarif Əliyev, Sahil Kərimov, Rəfail Qasımov, Kirill Mikhayılov, Qurban Muradov, Cəlal Musayev, Salih Özdemir, İqbal Rəhimov, Elman Rüstəmov, Ryan Martin Riçard, Sonia Sabir, Sürət Süleymanov və İlqar Süleymanzadə yer alıb.

Bundan əlavə, İmişli Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Əziz Dadaşov da cəzasının çəkilməmiş hissəsindən azad olunub.

Beləliklə, sərəncamla ümumilikdə 20 şəxsin cəzasının çəkilməmiş hissəsinə xitam verilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Ən son xəbərləri Expressxeberler.az-dan izləyin.

224 baxış
Paylaş: