Mələkxanımın qızından həyat yoldaşına sevgi dolu etiraf
Cəmiyyət
Nəzrin Nəcəfovadan həyat yoldaşına romantik sözlər – Formula 1 paylaşımı diqqət çəkdi
Expressxeberler.az xəbər verir ki, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin Nəcəfova həyat yoldaşı, müğənni Mərdan Kazımovla bağlı romantik paylaşımı ilə diqqət çəkib.
Nəzrin Formula 1 yarışlarının keçirildiyi məkanda həyat yoldaşı ilə çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşaraq ona sevgisini və qürurunu ifadə edib.
O, paylaşımında Mərdan Kazımova müraciətlə belə yazıb:
“Artıq 4-cü ildir ki, Formula onun üçün səhnəyə çevrilir. Hər dəfə eyni həyəcanla izləyirəm, amma qürurum hər dəfə daha da böyük olur. Səninlə fəxr edirəm, sevgilim.”
Cütlüyün səmimi görüntüsü və Nəzrinin həyat yoldaşına ünvanladığı romantik sözlər sosial şəbəkə istifadəçilərinin də diqqətini çəkib.
Expressxeberler.az — şou-biznesdən ən son və maraqlı xəbərləri sizə çatdırır.



