Beynin qocalmasını ləngidən möcüzə – Bu vitamin xilaskar ola bilər

IMG_6818 Gündəm
02:59 Expressxeberler.az

Vitamin B3 beyni qocalmadan qoruya bilərmi? Alimlərdən diqqətçəkən açıqlama

Expressxeberler.az xəbər verir ki, Vitamin B3 yaş artdıqca beynin fəaliyyətinin qorunmasına və sinir hüceyrələrinin yaşla bağlı dəyişikliklərə qarşı daha davamlı olmasına kömək edə bilər.

Yan-An Universitetinin alimləri apardıqları araşdırmada bu vitaminin orqanizmdə mühüm rol oynayan NAD+ maddəsinin səviyyəsinə təsirini araşdırıblar. Tədqiqatın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc olunub.

Məlumata görə, yaşlandıqca hüceyrələrin enerji istehsalı və normal fəaliyyəti üçün vacib olan NAD+ səviyyəsi azalır. Bu proses mitoxondrilərin fəaliyyətinin zəifləməsi, iltihabın artması və beyin funksiyalarında müəyyən dəyişikliklərlə əlaqələndirilir.

Vitamin B3-ün bəzi törəmələri isə orqanizmin NAD+ istehsalına dəstək ola bilər. Alimlər hesab edirlər ki, bu mexanizm sinir hüceyrələrinin fəaliyyətinin qorunmasına, iltihabın azalmasına, yaddaş və digər koqnitiv funksiyaların dəstəklənməsinə təsir göstərə bilər.

Bununla yanaşı, fiziki aktivliyin də NAD+ səviyyəsinin qorunmasında rol oynadığı bildirilir. Bağırsaq mikrobiotası isə Vitamin B3 və digər maddələrin orqanizmdə emalına təsir edən amillərdən biri hesab olunur.

Lakin mütəxəssislər mühüm bir məqama diqqət çəkirlər: əldə olunan nəticələrin böyük hissəsi hələlik laboratoriya və doklinik tədqiqatlara əsaslanır. Vitamin B3-ün insanlarda beynin qocalmasını həqiqətən ləngidib-ləngitmədiyini və neyrodegenerativ xəstəliklərdən qoruyub-qorumadığını müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

Expressxeberler.az olaraq sağlamlıqla bağlı ən son və diqqətçəkən məlumatları sizə çatdırırıq.

161 baxış
WhatsApp kanalımıza qoşulun ›
Paylaş: