Azərbaycan boksçusu Avropa çempionu oldu – FOTO

IMG_6821 Cəmiyyət
03:07 Expressxeberler.az

Azərbaycanlı boksçu Avropanı fəth etdi: Sübhan Məmmədov çempion oldu! – VİDEO

Expressxeberler.az xəbər verir ki, Azərbaycanın gənc boksçusu Sübhan Məmmədov Avropa çempionu tituluna sahib çıxıb.

Milli komandanın üzvü Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-23 Avropa çempionatında 50 kq çəki dərəcəsində mübarizə aparıb.

Sübhan Məmmədov final qarşılaşmasında Rusiya təmsilçisi Bair Batlayevi məğlub edib. Azərbaycanlı idmançı hər üç raundda üstün oyun nümayiş etdirərək görüşü 4:1 hesabı ilə başa vurub.

Hakimlərin xalları 30:27, 29:28, 28:29, 30:27 və 29:28 olub.

Bu qələbə ilə Sübhan Məmmədov U-23 Avropa çempionatının qızıl medalını qazanıb. Finaldan sonra Sofiyada Azərbaycan himni səsləndirilib.

Express Xəbərlər olaraq Azərbaycan idmanının uğurlarını sizə çatdırırıq!

 

İ


 

17 baxış
Instagram səhifəmizə abunə olun ›
Paylaş: