DİN-dən Formula 1-lə bağlı müraciət

IMG_6733 Cəmiyyət
20:03 Expressxeberler.az

Formula-1 günlərində Bakıda polis gücləndirilmiş rejimdə xidmət aparır

Expressxeberler.az xəbər verir ki, 23–26 sentyabr tarixlərində Bakıda keçirilən “Formula-1 Qatar Airways Azərbaycan Qran Pri” ilə əlaqədar paytaxtda nəqliyyat və təhlükəsizlik tədbirləri gücləndirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, tətbiq olunan məhdudiyyətlər müddətində polis əməkdaşları sürücü və piyadaların təhlükəsizliyini, nəqliyyatın fasiləsiz hərəkətini, həmçinin yarış ərazisində və “Fan” zonalarında ictimai asayişi təmin etmək məqsədilə gücləndirilmiş rejimdə xidmət aparırlar.

Sürücülərə və paytaxt sakinlərinə bu müddətdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermək, polis əməkdaşlarının nizamlayıcı kimi verdiyi işarələrə riayət etmək və səfərlərini məhdudiyyət tətbiq olunan küçə və prospektlərə alternativ marşrutlar üzrə planlaşdırmaq tövsiyə olunub.

Expressxeberler.az — Bakıda və ölkədə baş verən ən son hadisələri operativ şəkildə sizə çatdırır.

108 baxış
Paylaş: