İnvestorların diqqəti Bakıda: Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başladı
Gündəm
Expressxeberler.az xəbər verir ki, bu gün Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu öz işinə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən forum 25–26 sentyabr tarixlərini əhatə edir. Tədbirdə dünyanın aparıcı investorları, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələri, eləcə də biznes liderləri iştirak edir.
“Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunan forumda investisiya imkanları və yeni əməkdaşlıq perspektivləri müzakirə olunur.
Plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye, azad iqtisadi zonalar, aqrobiznes, maliyyə əməkdaşlığı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi mövzulara diqqət yetirilir.
Qeyd edək ki, ötən il keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 1000-dən çox iştirakçı bir araya gəlib və ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb.
Ən son və mühüm xəbərləri Expressxeberler.az-dan izləyin.



