TikTok 16 milyonluq cəriməni ödəməyə razılaşdı
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, “TikTok” Böyük Britaniyanın İnformasiya Komissarlığı Ofisinin (ICO) 2023-cü ildə tətbiq etdiyi 12,7 milyon funt-sterlinq, yəni təxminən 16,8 milyon dollarlıq cərimə ilə bağlı apellyasiya şikayətini geri götürüb.
Cərimənin 13 yaşdan kiçik uşaqların şəxsi məlumatlarının qorunması ilə bağlı qaydaların pozulmasına görə tətbiq edildiyi bildirilir.
ICO-nun açıqlamasına əsasən, “TikTok”un qaydalarında 13 yaşdan aşağı uşaqların platformadan istifadəsinə icazə verilməsə də, 2020-ci ildə Böyük Britaniyada təxminən 1,75 milyon 13 yaşdan kiçik uşağın sosial şəbəkədən istifadə etdiyi müəyyənləşdirilib.
Böyük Britaniya qanunvericiliyinə görə, 13 yaşdan kiçik uşaqlara onlayn xidmət göstərən şirkətlər valideyn və ya qanuni qəyyumun razılığını almalıdır.
Qeyd edək ki, “TikTok” Çin texnologiya şirkəti “ByteDance”ə məxsusdur.
Expressxeberler.az — dünyada baş verən ən son hadisələri operativ şəkildə sizə çatdırır.



