Tramp Si Cinpini Ağ Evdə qəbul etdi, sonra belə yola saldı
Dünya
Expressxeberler.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin arasında Ağ Evdə keçirilən görüş başa çatıb.
Bu barədə Ağ Ev “X” hesabında məlumat yayıb.
Bildirilib ki, Tramp uğurlu görüşdən sonra Si Cinpinlə vidalaşıb. Çin liderinin həmin axşam dövlət qəbulunda iştirak etmək üçün yenidən Ağ Evə gələcəyi qeyd olunub.
Görüşün ilk hissəsində liderlər təkbətək danışıqlar aparıb, daha sonra müzakirələr rəsmi şəxslərin iştirakı ilə geniş tərkibdə davam edib.
Danışıqlardan sonra Donald Tramp Si Cinpinə sentyabrın 21-də Ağ Evin Cənub çəmənliyində açılışı keçirilən yeni helikopter meydançasını göstərib. Liderlər daha sonra ABŞ prezidentinin yeni “VH-92A Patriot” helikopterinə daxil olublar.
Helikopterdən çıxdıqdan sonra Tramp və Si Cinpin tərcüməçilərin iştirakı ilə bir neçə dəqiqə söhbət ediblər.
Daha sonra liderlər Ağ Evə qayıdıblar. Bir müddət sonra isə Donald Tramp Si Cinpini avtomobil karvanınadək müşayiət edərək Çin lideri ilə vidalaşıb.
Görüşdən sonra yaşanan bu anlar diqqət çəkib.
Express Xəbərlər — gündəmin ən maraqlı görüntülərini sizə çatdırır.



