Dünənki ağır qəzada xəsarət alan sürücü öldü

IMG_0862 Kriminal
10:01 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Şüvəlan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Elmar Gülbaba oğlu Hüseynovun idarə etdiyi “Daewoo” markalı avtobus hərəkətdə olarkən Elçin Qədim oğlu Qədimovun idarə etdiyi “Lada Qranta” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində E.Qədimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

56 baxış
Paylaş: