DTX avtomobilləri qəsdən yandıranları həbs etdi
Gündəm
Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobili yandıran şəxslər saxlanılıb.
Expressxeberler.az xəbər verir ki, hadisəni törədən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək tutulublar.
Məlumata görə, cinayətin həm icraçıları, həm də sifarişçiləri müəyyən edilib. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir, zəruri dəlil və sübutlar toplanır. Saxlanılan şəxslərin adları və cinayətin motivi hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisənin görüntüləri mediada geniş rezonans doğurmuşdu. Qəsdən törədilən yanğın nəticəsində “Mercedes”, “Lada”, “Hyundai” və “Renault” markalı avtomobillər tamamilə yanaraq yararsız hala düşüb.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



