Bakıda baş verən davaya görə deputatın oğlu saxlanıldı-FOTOLAR

Screenshot Gündəm
Screenshot
13:19 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Bakının Xətai rayonunda Ceyhun adlı şəxsin ölümü ilə nəticələnən kütləvi dava ilə bağlı saxlanılanlar arasında deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də var.

Hadisə General Şıxlinski küçəsində yerləşən keçmiş “Ab-hava” kafesində baş verib. Məlumata görə, tərəflər arasında yaranan mübahisə kütləvi davaya çevrilib. İnsident zamanı Ceyhun adlı şəxs həyatını itirib, bir neçə nəfər isə bıçaq xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hadisədə iştirak edən 9 nəfər müəyyən edilərək saxlanılıb. Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hadisənin bütün təfərrüatları araşdırılır.

Screenshot

Ən son xəbərləri oxumaq üçün Expressxeberler.az saytını izləyin.

#Ceyhun #Bakı #Xətai #DeputatınOğlu #Dava #KriminalXəbərlər #Expressxeberler #Expressxeberler.az

677 baxış
Paylaş: