Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
Gündəm
Azərbaycanın U-15 millisi Bakıda keçirilən dünya çempionatında qrup mərhələsinin son iki oyununu keçirib.
Expressxeberler.az xəbər verir ki, yığmamız günün ikinci matçında Haiti millisi ilə qarşılaşıb. Görüş rəqib komandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bundan əvvəl baş məşqçi Famil Xəlilovun rəhbərlik etdiyi millimiz İsrail yığması ilə üz-üzə gəlib və 3:1 hesabı ilə qalib gəlib.
Beləliklə, Azərbaycan millisi AF qrupunda üçüncü yeri tutaraq qrup mərhələsindəki çıxışını başa vurub. Komanda 65-96-cı yerlər uğrunda pley-off oyunlarında mübarizə aparacaq.
Qeyd edək ki, U-15 millimiz daha əvvəl Şərqi Timor yığmasını 6:0, Andorranı isə 1:0 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə 1:3 hesabı ilə uduzub.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



