“Ceyhun Sabunçu” belə öldürülüb: Deputatın oğlu ilə bağlı YENİ DETALLAR
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, Bakıda “Ceyhun Sabunçu” ləqəbi ilə tanınan şəxsin qətlə yetirilməsi ilə nəticələnən kütləvi davanın təfərrüatları məlum olub.
Hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində, General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən keçmiş “Ab-hava” kafesində baş verib.
Məlumata görə, insidentə biznes münasibətləri zəminində yaranan mübahisə səbəb olub. Tərəflər arasında başlayan mübahisə əlbəyaxa davaya çevrilib, daha sonra iştirakçılar bir-birinə bıçaqla hücum ediblər. Nəticədə “Ceyhun Sabunçu” kimi tanınan şəxs həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Hadisə ilə bağlı saxlanılanlar arasında deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də olduğu bildirilir. Məlumata əsasən, o, hadisədən sonra könüllü olaraq polisə təslim olub. Digər iştirakçılar da saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, insidentdə iştirak edən 9 nəfər müəyyən edilərək saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma davam edir.

Ən son xəbərləri oxumaq üçün Expressxeberler.az saytını izləyin.
#CeyhunSabunçu #Bakı #Xətai #Qətl #DeputatınOğlu #KriminalXəbərlər #Expressxeberler #Expressxeberler.az



