“Megastore”-a 11 qəpiyə görə 4000 manatlıq cərimə – vətəndaş şikayət etdi
Gündəm
Expressxeberler.az xəbər verir ki, “Megastore” mağazalar şəbəkəsi vətəndaş şikayəti əsasında 4000 manat məbləğində inzibati qaydada cərimələnib.
Belə ki, İlkin Tağıyev adlı vətəndaş Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edərək mağazada qiymət uyğunsuzluğu ilə qarşılaşdığını bildirib.
Şikayətə əsasən, “Megastore”da 1 litrlik “Sirab” qazsız suyun qiymət etiketində 0,89 manat göstərilsə də, kassada məhsul 1 manata satılıb.
Aparılan araşdırma zamanı fakt təsdiqini tapıb. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə protokol tərtib edilib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Megastore” 4000 manat cərimələnib.
Şirkət qərardan apellyasiya şikayəti versə də, şikayət təmin edilməyib.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Megastore #Cərimə #Bakı #Expressxeberler #Expressxeberler.az



