Azərbaycanda çipsi bahalaşa bilər – İstehsalçılara yeni vergi tətbiq olunur
Gündəm
Expressxeberler.az xəbər verir ki, Azərbaycanda çipsi məhsullarının istehsalına yeni aksiz vergisinin tətbiq edilməsi təklif olunur.
Təklif olunan dəyişikliklərə əsasən, çipsi aksizli malların siyahısına daxil ediləcək və ölkədə istehsal olunan hər kiloqram çipsiyə görə 1 manat aksiz vergisi tutulacaq.
Bu məsələ Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb. Sənəd 2027-ci ilin dövlət büdcəsi zərfinə daxildir.
Hesablamalara görə, yeni təklif qəbul edilərsə, 100 qramlıq çipsi üçün 10 qəpik, 150 qramlıq məhsul üçün isə 15 qəpik aksiz vergisi düşəcək.
Yeni verginin məhsulların satış qiymətinə təsir göstərəcəyi də istisna edilmir.
Qeyd edək ki, söhbət hələ qüvvəyə minmiş qərardan deyil, qanunvericiliyə təklif olunan dəyişiklikdən gedir.
Daha ətraflı xəbərlər üçün Expressxeberler.az saytını izləyin.
#Expressxeberler.az #Azərbaycan #Vergi #Çipsi #İqtisadiyyat



